Geri
Sual
Digər
Almaniyada Aşpaz işi
Salam Hal hazirda Bakida bir shirketle 8 ayliq ish visasi muqavilesi baglamaga hazirlashiram Ve Ashpaz olaraq getmeyi dushnurem qaydalara esasen resmi olaraq ishliyrem oz peshemde. Esas sualim 2 ci teleb olunan qaydadir 8 ay sonra olkeye qayidacagma sebeb olaraq sadece ailemi gostersem kifayet edirmi? Ve A2 derece bes edermi? (Tebiki dil biliyi ne qeder yuksek olarsa ustunluy daha coxdu) sadece hal hazirdaki real olaraq A2 seviyedeyem ve derslere davam edirem
avatar Seymur Adamov
Bakı, Azerbaijan

Cavablar

1 cavab
avatar
Zahir ZairliAdministrator
Salam Seymur! 8 aylıq iş adətən Almaniyanın kvotalı qısamüddətli iş vizasıdır. Bu viza üçün işəgötürən əvvəlcə Almaniya Məşğulluq Agentliyindən razılıq almalıdır. Ona görə şirkətdən soruşun ki, bu razılıq var, ya yox. Qayıtmaq məsələsində ailə yaxşı arqumentdir, amma rəsmi qaydada "ailə kifayətdir" deyə bir şey yazılmayıb. Yanına Bakıdakı işinizi və ya əmlakınızı da əlavə etsəniz, müraciətiniz daha güclü olar. Onsuz da bu viza ilə 12 ayda maksimum 8 ay qalmaq olar. A2 üçün narahat olmayın, qanunda bu viza üçün dil səviyyəsi göstərilməyib. Sadəcə müqaviləyə baxın, işəgötürən ayrıca dil tələbi yazıbsa, onu ödəməlisiniz. Bir də diqqətli olun, iş təklifi üçün böyük pul istəyirlərsə, ehtiyatlı olun. Uğurlar!
1 nəfərə faydalı oldu

Cavabınız

Daxil olun cavab və şərh yazmaq üçün.