Geri
Sual
Digər
Litva oturum kartım activdir.Lakin Hollandiya oturum kartım bağlanıb.Avropada hansı olkədə işləməyə kömək edə bilən varsa mənə yazsın.
Aftakar və Scaffold sertifikatım Hollandiyadan,prava bc Azərbaycandan.Kim iş üçün köməklik edə Veten Qazisinə.İşsiz qalmışam Hollandiyada.Bakıya qayıtmağa da ki,nə pul var,nə dəki....
avatar Fikrat Amirov
Rotterdam, Netherlands

Cavablar

2 cavab
avatar
Röyal MəlikovAdministrator
Hörmətli qazimiz, əvvəlcə xidmətinizə görə sağ olun. Durumunuz çətindir, amma yol var. Ən real variant Litvadır. Litva oturum kartınız aktivdirsə, orada qanuni işləyə bilərsiniz. Kartınız konkret işə bağlıdırsa, Litva Miqrasiya Departamentindən bir yoxlayın. Hollandiya kartı bağlandığı üçün orada işləmək olmaz. Litva kartı ilə başqa ölkələrə yalnız qısa müddətə gedə bilərsiniz. Sənədləriniz dəyərlidir. Hollandiyanın skafold və avtokar sertifikatları Avropada tanınır. Litvada tikinti, anbar və logistika sahələrində belə adamlara ehtiyac var. Sertifikatları mütləq CV-yə yazın. Sürücülük vəsiqəsi. B və C kateqoriyası ilə yük maşını sürmək üçün Litvada Avropa vəsiqəsi və “kod 95” lazım olacaq. Azərbaycan vəsiqəsini dəyişmək mümkündürmü, bunu Litvada Regitra-dan soruşun. Kömək üçün müraciət edə biləcəyiniz yerlər: Azərbaycanın Hollandiyadakı və Litvadakı səfirlikləri Diaspora ilə İş üzrə Dövlət Komitəsi Hər iki ölkədəki Azərbaycan icmaları CV-nizi yazın, tanışlara və icmalara ötürək. Kimin Litvada və ya Avropada işə adam axtaran tanışı varsa, qazimizə yazsın. 🤝
1 nəfərə faydalı oldu
avatar
Fikrat Amirov
məsləhətə görə təşəkkür edirəm.Onların hamısını bilirəm.5 ildir ki,buradayam.Amma mənə real iş təklifi edə biləcək biri ilə tanış olmaq lazımdır.çünki acil işləməliyəm,yoxsa Avropada evsiz və pulsuz qala bilərəm.

Cavabınız

Daxil olun cavab və şərh yazmaq üçün.