Geri
Sual
Digər
Viza verilərməyə bilərmi?
Salam. Mən və yoldaşım şans kart viza müraciəti etmişik. 4 aylıq blok hesab var. Yoldaşım həkimdir, C1 alman dili sertifikatı, FaMed imtahan nəticəsi, BE iş icazəsi və 25 noyabrda approbation imtahanı termini var. Məndə isə rəsmi sertifikat alman dili A1 var. İngilis türk və digər isə sertifikat yoxdur. İzahat məktubunda ingilis dili b2 bildiyimi lakin sertifikat olmadığını qeyd etmişəm. Həmçinin bakalavr və magistr diplomlarımı ZAB etdirmişəm. 2 yaşlı övladımız üçün isə ailə birləşməsi müraciəti etmişik. Sənədlərimiz bu gün səfirliyə təqdim edilib baxılmadadır. Sığortada problem yaratdılar, dəyişib istədikləri formada hazırlayıb təqdim etdik. Sənədlərdə 15-16 noyabr uçuşumuz olmalıdır qeyd edilib. Bizim viza prosesində problem yarana bilərmi? Verilməyə və ya gecikdirilə bilərmi? Xahiş edirəm məlumatlı olanlar cavab versin.
avatar Samir
Bakı, Azerbaijan

Cavablar

1 cavab
avatar
Zahir ZairliAdministrator
Samir Sənədlər tam olarsa, rədd üçün ciddi əsas görünmür. Həyat yoldaşınız peşə icazəsi olduğu üçün "Fachkraft" sayılır. Sizin ZAB-ınız və A1 sertifikatınız da tələbi ödəyir. Əsas problem vaxtdır,Bakı səfirliyində baxılma müddəti təxminən 2–4 həftədir, bəzən daha uzun olur. Ona görə 15–16 noyabr uçuşu çox güman ki, alınmayacaq, biletləri dəyişmək olar. 4 aylıq blok hesab rədd səbəbi deyil, sadəcə viza daha qısa müddətə verilə bilər. Yeganə risk uşaqla bağlıdır, məbləğin üç nəfər üçün kifayət edib etməməsinə baxa bilərlər.
3 nəfərə faydalı oldu

Cavabınız

Daxil olun cavab və şərh yazmaq üçün.