Gündəlik
Hər kəsə Əsənliklər! Mən Rahmin Atilla Rashidli. Təxminən 6 ildir Fransanın Strasburq şəhərində yaşayıram.
Bu illər ərzində məqsədim yalnız burada yaşamaq deyil, həm də insanları bir araya gətirmək, yeni dostluqlar qurmaq və birlikdə unudulmaz xatirələr yaratmaq olub.
🎬 Film gecələri və açıq hava kinoları, 🎤 Atilla Show, 🎉 Novruz şənlikləri, 🏕️ təbiət gəzintiləri, pikniklər, idman yarışları və müxtəlif gənclər tədbirləri təşkil etmişik.
Bununla yanaşı, Çanta TV vasitəsilə kino və yaradıcılıq sahəsində müxtəlif layihələr həyata keçirirəm.
İnanıram ki, xaricdə yaşasaq da, birliyimizi qorumaq və bir-birimizə dəstək olmaq öz əlimizdədir.
**Bir sualım da var:** Vaxtilə təşkil etdiyim tədbirləri, layihələri və həmin günlərdən qalan foto və videoları bu platformada paylaşmaq mümkündürmü?
Ümid edirəm ki, burada da yeni insanlarla tanış olacaq, təcrübələrimizi bölüşəcək və birlikdə daha gözəl xatirələr yaradacağıq!
📍 Strasburq, Fransa
Şərhlər
12.11.2026 · 12:30
Salam Rahmin bəy! AZForeigner komandası olaraq bu tip tədbirləri paylaşdığınız üçün sizə təşəkkür edirik. Fransadakı istifadəçilərimizə push bildiriş göndərdik ki, daha çox insan xəbər tutsun. Sualınıza gəldikdə isə, yaxın zamanda bu istiqamətdə yeniliklərimiz olacaq. 🙌