Gündəlik
BÜTÜN DÜNYA EŞİTSİN, BİZ ETDİK! Strasburqda Novruz — 15.03.2025 15 mart 2025-ci ildə Strasburqda təxminən 120 nəfərin iştirakı ilə unudulmaz Novruz şənliyi təşkil etdik! Məqsədimiz yalnız azərbaycanlıları bir araya gətirmək deyil, Novruz bayramımızı və zəngin mədəniyyətimizi fransızlara tanıtmaq idi. 🎬 Fransız dilində qısametrajlı film çəkdik, teatr səhnəcikləri hazırladıq, meyxanamızı və milli yumorumuzu nümayiş etdirdik. 🌸 Bahar qızı və milli rəqslərimizlə Novruzun ruhunu yaşatdıq. 🎶 Xüsusi yaratdığımız AzAkustik qrupu canlı ifalarla Azərbaycan musiqisini təqdim etdi. ❤️ Ən qürurverici məqam isə bütün bunları Strasburqda yaşayan tələbələrin heç bir qurum və təşkilatın dəstəyi olmadan, öz gücü və zəhməti ilə həyata keçirməsi idi! Biz göstərdik ki, böyük işlər üçün böyük imkanlar deyil, birlik və inam lazımdır. 🎥 O unudulmaz gecəni izləmək istəyirsinizsə, videomuzun YouTube linkini aşağıda paylaşıram: 🔗 [https://youtu.be/QG_YZK
Şəkil 1/1
7 bəyənmə 0 şərh
Şərhlər
Hələ şərh yoxdur.