← Gündəlik
avatar
Ibrahim Rzabekov
Mən 2 il (4 semestr) müddətində magistratura təhsili almışam. İlk semestr ərzində təhsilimi Polşada davam etdirmişəm. Daha sonra səhhətimlə bağlı problemlər yarandığı üçün universitet mənə təhsilimi fərdi təhsil planı əsasında davam etdirmək imkanı yaradıb. Həmin vaxt artıq Bakı şəhərində idim. Dördüncü semestrdə universitetdə tələblər dəyişdirildi və məndən səhhətimlə bağlı vəziyyəti və təhsilin fərdi formada davam etdirilməsinin zəruriliyini təsdiq edən tibbi sənədləri təqdim etməyim tələb olundu. Mən bütün zəruri sənədləri elektron poçt vasitəsilə təqdim etdim. Universitet təqdim etdiyim sənədləri nəzərdən keçirərək qəbul etdi və bundan sonra təhsilimi fərdi formada davam etdirərək başa vurdum. Məndə bu vəziyyəti təsdiq edən bütün zəruri sənədlər, o cümlədən tibbi sənədlər və fərdi təhsil formasının universitet tərəfindən təsdiq edildiyini göstərən sənədlər mövcuddur. Bununla əlaqədar olaraq, qeyd olunan diplomun Azərbaycanda təstiqnən bagli bilmey istəyirəm
💬 0 şərh
Hələ şərh yoxdur.