Gündəlik
Strasburqda II Azərbaycan Film Gecəsi!
14 noyabrda Strasburqda yaşayan azərbaycanlı tələbə və gənclərlə yenidən bir araya gəldik!
Bu dəfə ikinci Azərbaycan Film Gecəmizi təşkil etdik. Birlikdə film izlədik, söhbət etdik, musiqilərimizlə əyləndik, rəqs etdik və ən əsası, yeni dostluqlar qurduq. ❤️
Məqsədimiz sadəcə tədbir keçirmək deyil, vətəndən uzaqda yaşayan gənclər arasında səmimi mühit yaratmaq, mədəniyyətimizi yaşatmaq və insanları bir-birinə yaxınlaşdırmaqdır.
Uzun müddətdən sonra azərbaycanlı gəncləri yenidən belə bir araya gətirmək mənim üçün ayrıca sevindirici oldu.
Bu, ikinci film gecəmiz idi, amma sonuncusu olmayacaq! 😉
Çünki biz sadəcə xatirələr toplamırıq, hər dəfə daha gözəlini yaratmağa çalışırıq!
İştirak edən hər kəsə ürəkdən təşəkkürlər! ❤️🇦🇿
📍 Strasburq, Fransa
📅 14.11.2026
Şərhlər
17.11.2026 · 11:33
Genclere eşq olsun
