Geri
🍾
Tədbir
Əyləncə

Strasburqda Yeni İl Şənliyi 2027 🎄

Strasbourg, Fransa Rahmin Atilla RashidliTəsdiqlənmiş hesab Paylaşıldı
Mən də gəlirəm 1 nəfər gəlir
Tədbir haqqında
🎄✨ STRASBURQDA YENİ İL ŞƏNLİYİ – 2027! Vətənindən uzaqda olmaq, Yeni ili də vətənindən uzaq hiss edərək qarşılamaq demək deyil... ❤️ Bu il bir arzumuz var: Avropanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları bir süfrə ətrafında toplamaq! İstəyirik ki, bu gecə təkcə Strasburqda yaşayanların deyil, Almaniyadan, Fransadan və Avropanın digər ölkələrindən gələn soydaşlarımızın da görüş yerinə çevrilsin. Artıq Almaniyadan bizə qoşulacaq dostlarımız var. Bəs niyə bu gözəl məclisə başqa ölkələrdən də gələnlər olmasın? 🌍 VASF təşkilatı ilə birlikdə keçirdiyimiz bu gecədə xüsusilə Avropada təhsil alan tələbələri və gəncləri aramızda görmək istəyirik. 🎓 Çünki bəzən insanın özünü evində hiss etməsi üçün doğma şəhərində olması lazım deyil. Bir Azərbaycan mahnısı, doğma dildə söhbət və eyni süfrəni bölüşən insanlar kifayətdir... 🎉 Bəs gecəmizdə nələr olacaq? 🎶 Azərbaycan və türk musiqiləri 💃 Rəqs, əyləncə və bol gülüş 🎤 Karaoke 🍽️ Türk restoranında ləzzətli türk yeməkləri 🥂 İstəyən öz spirtli içkisini də gətirə bilər. 📅 Tarix: 31 dekabr 2026 🕖 Saat: Lezzetli Restoran, Strasburq 🎊 50 nəfərlik yer rezerv edilib! ⚠️ İştirak etmək istəyənlər ən gec 10 dekabr tarixinədək bizə xəbər verməlidirlər. Yerlər məhdud olduğundan iştirakçı sayını əvvəlcədən dəqiqləşdirməyimiz vacibdir. ❤️ Bu Yeni ildə istəyirik ki, heç kim özünü qürbətdə tək hiss etməsin. Gəlin, 2027-ci ilə sadəcə yeni bir təqvim ili kimi deyil, yeni dostluqlarla, yeni xatirələrlə və ən əsası, Azərbaycan ruhuyla qədəm qoyaq! Harada yaşamağımızdan asılı olmayaraq, o gecə hamımız eyni süfrənin ətrafında olaq! ❤️
Əlaqə
Daxil olun əlaqə məlumatlarını görmək üçün.
Şərhlər (0)
Daxil olun şərh yazmaq üçün.

Hələ şərh yoxdur. İlk şərhi siz yazın!