← Geri
Services
Nərmin Səfərova
Dubaydan Bakıya pul göndərmək üçün ən sərfəli yol hansıdır?
Hər ay ailəyə göndərirəm. Bank vasitəsilə həm komissiya çox olur, həm də məzənnə pisdir. Exchange-lərdə növbə uzun. Wise və ya Remitly istifadə edən var? AED-dən AZN-ə real olaraq nə qədər itirirsiniz?
4 Cavab
Rəşad Sultanlı
Remitly istifadə edirəm, məzənnə banka nisbətən nəzərəçarpacaq dərəcədə yaxşıdır. İlk köçürmə adətən komissiyasız olur.
Nərmin Səfərova
Limit varmı bir köçürmədə?
Ceyhun Nəsirli
Wise AED üçün o qədər də sərfəli deyil, mən müqayisə etmişəm. Remitly və ya Lulu daha yaxşı çıxır.
Türkan Nəbiyeva
Lulu Exchange-də səhər saatlarında növbə demək olar ki, olmur. Günorta getməyin.
Nərmin Səfərova
Hamınıza təşəkkür. Remitly-ni yoxlayacam bu ay.
Cavabınız
🔒 Daxil olun cavab və şərh yazmaq üçün.