← Geri
Others
avatar Tural Nəcəfov
Varşavada Azərbaycanlıların yaşadığı ən yaxşı rayonlar hansılardır?
Varşavaya köçəcəm, hansı rayonda yaşamağı seçməliyəm? Azərbaycanlılara uyğun, həm əlçatan, həm güvənli, həm də infastrukturası yaxşı rayon axtarıram.
📅
2 Cavab
avatar
Kəmran Əliyev
Azərbaycanlıların ən çox yaşadığı rayonlar: 1) Praga-Południe — nisbətən ucuz kirayə, ictimai nəqliyyat əlverişli, Azərbaycanlı toplumu var. 2) Wola — qiymət/keyfiyyət balansı yaxşıdır, mərkəzə metro ilə 10 dəqiqə. 3) Targówek — ən ucuz kirayə variantlarından biri, azərbaycanlı ailələr çoxdur. 4) Bemowo/Ursus — sakit, ailə üçün yaxşıdır, məktəblər yaxşıdır.
avatar
Tural Nəcəfov
Mərkəzə yaxın olmaq istəyirəm, amma çox baha deyil. Nə tövsiyə edərdiniz?
avatar
Kəmran Əliyev
Wola rayonu ideal seçimdir. Mərkəzdən 2–3 metro stansiyası, kirayə Śródmieście-dən 30–40% ucuz, infrastruktura çox yaxşıdır. Xüsusilə Odolany/Czyste hissəsi yeni binalar, supermarketlər, parklardır.
avatar
Nigar Rzayeva
Ailə ilə köçürsünüzsə: Bemowo, Bielany, Ursynów — daha sakit, yaşıl, yaxşı dövlət məktəbləri var. Metro ilə mərkəzə asan çatmaq olar. Uşaq bağçası (przedszkole) üçün qeydiyyat vaxtında olmalıdır — şəhər bağçaları üçün fevral ayında müraciət açılır, yerler tez dolur.
Cavabınız