Geri
Sual
TRC
Karta pobytu müraciətindən sonra nə qədər gözlədiniz?
Fevralın əvvəlində sənədləri verdim, hələ də səs-soraq yoxdur. Voyevodalıqdan nə məktub gəlir, nə də onlayn statusda nəsə dəyişir. Ştamp pasportda var, işləyirəm, amma bu qeyri-müəyyənlik adamı yorur. Sizdə neçə ay çəkdi? Varşavada olanlar yazsın xüsusən.
avatar Şəbnəm Abbasova
Warsaw, Poland

Cavablar

3 cavab
avatar
Elvin Məmmədli
Mənim vaxtımda 11 ay çəkdi. Səbir. Amma bir şey deyim: 6 aydan sonra voyevodalığa ponaglenie (tələsdirmə) yaza bilərsiniz. Mən yazdım, 3 həftə sonra qərar gəldi. Pulsuzdur, sadəcə ərizədir.
avatar
Şəbnəm Abbasova
Ponaglenie haqqında eşitməmişdim. Nümunə mətn varmı?
avatar
Ceyhun Nəsirli
İnternetdə hazır nümunələr var, sadəcə iş nömrəsini yazırsan.
avatar
Lalə Hüseynli
Ştamp varsa narahat olma, qanuni statusdasan. İşləmək hüququn da qalır. Ən pisi odur ki, o müddətdə Şengenə çıxa bilmirsən.
avatar
Ceyhun Nəsirli
Varşava ən yavaşıdır, təəssüf. Vrotslavda dostum 4 aya aldı. Şəhərdən çox asılıdır.
avatar
Şəbnəm Abbasova
Bəli, Varşava həqiqətən çox yavaşdır.

Cavabınız

Daxil olun cavab və şərh yazmaq üçün.